İşlədiyi yeri və 8 avtomobili soydu - VİDEO
20 yaşlı gənc ilk olaraq 9-cu mikrarayon ərazisində fəaliyyət göstərən kafelərin birində ofisiant işləyərkən seyfdən 1700 manat nəğd pul oğurlayıb. Daha sonra oğurluğu özünə peşə seçən gənc şəhərin əsasən 9-cu mikrorayon ərazisində müxtəlif vaxtlarda 8 avtomobili soyub.
Binəqədi polisi tərəfindən saxlanılan Pərviz Hüseynli törətdiyi cinayət əməllərini səmimi etiraf edib: "Maşınların içindən pul, maqnitafon aparmışam. Çox vaxt maqnitafonu götürmürdüm, daha çox pul, qızıl, telefon götürürdüm. Onları da cəmi 2000 manata yaxın pula satıb, xərcləmişəm pulu."
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. (Region TV)