Deputatın kitabının imzalanma mərasimi keçirilib

Deputatın kitabının imzalanma mərasimi keçirilib
  04 Aprel 2015    Oxunub:1825
Millət vəkili Qənirə Paşayevanın müəllifi olduğu, ilk nüsxəsi bu ilin mart ayında Pakistan prezidentinə təqdim edilmiş kitabın təqdimatı Pakistanın Milli Günü münasibəti ilə düzənlənən təntənəli mərasimdə gerçəkləşib.

Pakistanın milli istiqlala qovuşmasının 67-ci ildönümü münasibəti ilə düzənlənən mərasimdə qardaş ölkənin Azərbaycanda və Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri Xalid Usman Qayser vurğulayıb ki, millət vəkili Qənirə Paşayevanın kitabı oxucular üçün diqqətçəkici olacaq.

Azərbaycan-Pakistan Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Pakistana səfəri zamanı onu qəbul edərək geniş zaman ayıran və Pakistanla bağlı yazdığı kitab üçün dəstəyini əsirgəməyən prezident Məmnun Hüseynin timsalında bütün Pakistan xalqına, qardaş ölkənin Azərbaycandı səfirliyinə və eləcə də, ölkəmizin Pakistandakı səfirliyinə təşəkkürünü bildirib.

Q.Paşayeva “Uzaqdakı ən yaxın – Pakistan” adının özlüyündə kitabın içini də ehtiva etdiyini bildirdi. Qardaş ölkəni Milli Gün münasibəti ilə təbrik edən xanım millət vəkili bildirdi ki, gənc nəsillərimizin qardaş Pakistanı daha yaxından tanımasına hesablanmış kitab, Azərbaycan-Pakistan münasibətlərinə kiçik də olsa bir tövhə verərsə, bundan çox məmnun olar.


Teqlər:





Xəbər lenti