Təcili yardımın həkim və sürücüsü bıçaqlandı
Məlumata əsasən, ailə üzvləri R. Çıraqova təcili yardım çağırıblar. Buna etiraz olaraq R. Çıraqov həkim 1954-cü il təvəllüdlü Cabbarova Əminə Əli qızı və sürücü, 1954-cü il təvəllüdlü Məmmədov Novruz Əli oğluna bıçaq xəsarətləri yetirib. Yaralananlar Goranboy rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Goranboy rayon polis şöbəsindən verilən məlumata görə, Ramin Çıraqov psixi xəstəlikdən əziyyət çəkir. Faktla bağlı araşdırma aparılır.
AzVision.az