Təlxək

Təlxək
  05 Aprel 2015    Oxunub:7958
Mehman Muradlı

Təlxəklər müxtəlif istedad sahibi olurlar. Onların çoxu hazırcavablıqdan, lətifə söyləməkdən əlavə, hər hansı bir musiqi alətində çalmağı, akrobatik hərəkətlər etməyi, fokus göstərməyi, rəqs etməyi və estrada janr növlərini ifa etməyi bacarardılar. Bu xüsusiyyətlər isə solo ifaçılıqda mühüm və müsbət xüsusiyyətlərdən biri sayılır.


Təlxəyin əsas xüsusiyyətlərindən biri maskalanmaqdı. Bunu bacaran təlxək ətrafına adam toplaya bilir. Əgər təlxəyin istedadı yuxarıda qeyd etdiyim xüsusiyyətlərə tam cavab vermirsə, o halda təxəyin maskası cırılmağa başlayır.

Azərbaycanın da öz təlxəkləri olub. Ölən ölüb, qalan qalıb. Qalanlar isə keçmişdə olduğu kimi arenanı (meydanı) doldura bilmirlər. Bunun səbəbi isə təlxəyin insanları güldürə bilməməsidi. Əksinə, özlərini gülünc gününə qoyurlar.

Təlxəklərin özlərinin ayrıca aktyor kollektivi var. Həmin o aktyorları el arasında «lotu» adlandırırlar. İndi də camaat arasında belə bir söz gəzir: “ə, lotuluq eləmə”, yəni “artistlik eləmə”.

İnternet, kosmos, raket əsri olduğundan, təlxəyin lotuları virtuallaşıb. Yəni maskalarını virtual aləmin vasitəsilə gizlədilər. Ya zəlzələdən, ya vəlvələdən istəmədiyi halda təlxəyə lotuluq edənlər də olur. Həmin o “lotu”luq edənlər təlxəyin təlxəyinin szündən çıxanda dərhal onu meydandan uzaqlaşdırır.

Təlxək aktyorluq peşəsi olduğundan, suflyordan istifadə etməyi mütləqdi. Suflyorsuz təlxəyin işi keçmir. Bəzən suflyorlar hazır mətni təlxəyə verir. Bəzən elə də olur ki, təlxək özünü suflyor kimi hiss edir. Yəni özü təlxək olduğu halda, solo ifa edən ikinci dərəcəli təlxəyə suflyorluq edir.

Hazırda təlxək işini üzərinə Milli Şura götürüb. Ayda iki dəfə 500-600 adamı stadiona yığıraq, məharətlərini göstərirlər.

Təlxəklər bacarıqlarını nümayiş etdirmək üçün təşkil etdikləri şouya gülməli çağırışlar da qoyurlar: “Talana son”, “Azad et” və bu kimi sərsəm şürları olur.

Təlxək daha çox pul qazanmaq üçün hətta tacirləri (indiki dillə desək, sahibkar) bir saatlıq şou-mitinqinə (mitinq toplaşmaq deməkdir) dəvət edir. Onlar meydana daha çox tamaşaçı gəlməsi üçün belə bir çağırış də edə bilərlər: “Talana son!”

Mitinqlərini dəstəklətmək (çoxlu pul qazanmaq) üçün çoxlu yollar tapa bilərlər. Bu, həmvətənlərimiz ən azı öz işçilərinin, ətraflarının mitinqə gəlməsinə mane olmamaqla, mitinqə uzaqdan gəlmək istəyən insanlara kömək etməklə (təlxəyə pul göndərməklə), “demokratik açılımın tək çarə” olması barədə ictimai rəyin formalaşmasına yardım etməklə ümumi mübarizəyə öz töhvələrini (pullarını) verə bilərlər.

Aşığın sözü qutaranda “nanay-nanay” deyən kimi, təlxəyin də sözü qutaranda “mestni” İqor Krutoyun mahnılarını səsləndirir.

Bundan sonra həngamə başlayır. Təlxək öz lotularına qışqıraraq deyir: “Səsinizi kəsin! Təcili tədbir görməliyik ki, sabah klubda özfəaliyyət dərnəkləri olsun. Fikirləşin, hamınız fikirləşin!!!”

P.S. Fikirləşməyə baş lazımdı.


Teqlər:



Xəbər lenti