Heydər Əliyev prospekti yenə bağlanır

Heydər Əliyev prospekti yenə bağlanır
  05 Aprel 2015    Oxunub:2484
Aprelin 3-dən 4-nə keçən gecə Bakının Heydər Əliyev prospektinin Böyük Şor yol qovşağından, yəni metronun “Koroğlu” stansiyasından Heydər Əliyev Mərkəzinin qarşısına qədər olan əsas hissəsi şəhər istiqamətində nəqliyyatın hərəkəti üçün tam bağlanıb.

"Azəryolservis"-in Trend-ə verdiyi məlumata görə hal hazırda Heydər Əliyev prospektində hərəkət rahat şəkildə davam etdirilir.

Lakin yaxın saatlarda prospektdə yerüstü piyada keçidindən Böyük Şor qovşağına qədər olan ərazi bağlanacağdır.

Şəhərdən Böyük Şor qovşağına doğru hərəkət edən nəqliyyat vasitələri piyada keçidi ərazisində köməkçi yola keçməklə hərəkəti davam etdirə bilərlər.


Teqlər:



Xəbər lenti