Mobil operatorların işi yoxlanılacaq

Mobil operatorların işi yoxlanılacaq
  05 Aprel 2015    Oxunub:1840
Azərbaycanda mobil rabitə operatorlarının (“Bakcell”, “Azercell” və “Azerfon”) göstərdiyi xidmətlərin keyfiyyətinin yoxlanılmasına başlanılıb.
AzVision.az xəbər verir ki, bunu Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsindən deyiblər.

Monitorinq mayın sonunadək davam edəcək və Bakının mərkəzi rayonlarını və ətraf ərazilərini əhatə edəcək.

Monitorinq zamanı hər üç mobil operatorun göstərdiyi səs və məlumat ötürmə xidmətlərinin keyfiyyəti yoxlanılacaq.

Operatorların göstərdiyi xidmətlərin keyfiyyətinin yoxlanılması üçün ABŞ şirkəti cəlb edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti