Azərbaycanda zəlzələ olub

Azərbaycanda zəlzələ olub
  06 Aprel 2015    Oxunub:1300
Azərbaycanda növbəti dəfə zəlzələ baş verib.
AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ aprelin 5-də yerli vaxtla saat 13.35-də Cəlilabaddan 33 km şimal-qərbdə, Biləsuvar rayonunda qeydə alınıb.

Yeraltı təkanlar Biləsuvar rayonunda 25 km dərinlikdə baş verib. Maqnitudası 3 bal gücündə olan zəlzələ hiss olunmayıb.

Qeyd edək ki, sonuncu dəfə martın 30-da Şamaxı rayonunda zəlzələ baş vermişdi.



Teqlər:





Xəbər lenti