Baş Prokurorluğun əməkdaşları beynəlxalq tədbirdə
Tədbirdə Azərbaycan Respublikası Prokurorluğunu Baş Prokurorluğun beynəlxalq əlaqələr idarəsinin rəisi Erkin Əlixanov və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin təşkilati və informasiya təminatı idarəsinin rəisi Orxan İsayev təmsil ediblər.
Mövzu ilə bağlı çıxışlar edilib, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrində tətbiq olunan yeni ödəniş üsulları, o cümlədən elektron pullar və virtual valyutalar, onların yaratdığı təhdidlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Azərbaycan nümayəndə heyətinin üzvləri mövzular üzrə təqdimatlar keçirərək ölkəmizdə bu sahədə görülmüş işlər, o cümlədən qəbul edilmiş normativ hüquqi baza və tətbiq olunan təcrübə barədə seminar iştirakçılarına ətraflı məlumat veriblər.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


