Zaqatala və Balakəndə nöqsanlar aşkar edildi

Zaqatala və Balakəndə nöqsanlar aşkar edildi
  06 Aprel 2015    Oxunub:1378
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən Zaqatala rayonunda fiziki şəxs Xədicə Balayevaya məxsus çörək sexində və Balakən rayonunda fiziki şəxs Tamara Muqumayevaya məxsus şirniyyat sexində yoxlama aparılıb.
Komitənin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, araşdırma zamanı hər iki müəssisədə istehsalın standartlara uyğun aparılmadığı müəyyən edilib.

Belə ki, istehsal heç bir texnoloji təlimat və reseptura olmadan həyata keçirilir, istifadə olunan ölçmə vasitələri müqayisəli dövlət yoxlamasından keçməyib, məhsulların markalanması, saxlanma və daşınması düzgün aparılmır. Həmçinin məhsullar qanunvericiliyin tələblərinə əsasən sertifikatlaşmalı olduğu halda, onların uyğunluq sertifikatları mövcud deyil.

Aşkar olunmuş nöqsanlarla bağlı hər iki müəssisəyə xəbərdarlıq olunub, nöqsanların aradan qaldırılması ilə bağlı vaxt verilib.


Teqlər:





Xəbər lenti