Büdcəyə yenidən baxılacaqmı?

Büdcəyə yenidən baxılacaqmı?
  06 Aprel 2015    Oxunub:2659
“Milli Məclisdə dövlət büdcəsinə yenidən baxılması ehtimalı çox aşağıdır”.
Bunu AzVision.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib.

Millət vəkilinin sözlərinə görə, dövlət büdcəsinə neftin birbaşa satışından gələn gəlirin təsiri 11 faizdir:

“Bu da 2 milyon 200 min manat edir. Azərbaycan hökuməti investisiya layihələrini təsdiq edəndə orada 1 milyard manata yaxın ehtiyyat saxlayıb və ondan istifadə etməyib. Ona görə də ola bilər ki, dövlət büdcəsinə yenidən baxılmasın. Neftin qiyməti 50-60 dollar səviyyəsində olarsa, təxminən dövlət büdcəsinə 700-800 milyon ziyan olacaq. 1 milyard ehtiyyat olduğu üçün dövlət büdcəsinə yenidən baxılmıya da bilər. Neftin qiymətində daha kəskin ucuzlaşma baş verərsə, o zaman baxıla bilər. Çox ehtimal ki, baxılmıyacaq”.

Anar Kəlbiyev


Teqlər:



Xəbər lenti