İqtidarla müxalifətin 3-cü dialoqu baş tutacaqmı?

İqtidarla müxalifətin 3-cü dialoqu baş tutacaqmı?
  06 Aprel 2015    Oxunub:1751
İqtidar-müxalifət partiyalarının növbəti dialoqunun vaxtı hələ müəyyən edilməyib.
Bu barədə AzVision.az-a Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu deyib. Bundan öncəki iki görüşdə iştirak edən KXCP sədri bildirib ki, dialoqun vaxtını Prezident Administrasiyası müəyyənləşdirəcək.

“Növbəti görüş aprel ayında olmalıdır, amma dəqiq vaxtı Prezident Administrasiyası müəyyənləşdirəcək. Hələ ki, bizə bununla bağlı informasiya daxil olmayıb”.

Qeyd edək ki, müxalifət partiya sədrləri ilə Prezident Administrasiyasının nümayəndəsi Əli Həsənov arasında sonuncu görüş fevralın 12-i baş tutub. Görüşdə dialoqun davam etdirilməsi və hər iki aydan bir keçirilməsi barədə qərar qəbul olunub.

Fatimə Kərimli


Teqlər:



Xəbər lenti