Gənc rəssamların birinci yaradıcılıq sərgisi keçirilib – FOTOLAR

Gənc rəssamların  birinci yaradıcılıq sərgisi keçirilib – FOTOLAR
  06 Aprel 2015    Oxunub:3141
Bu gün Gəncənin Heydər Əliyev Mərkəzində gənc rəssamların “Dünya bir palitradır, biz isə onun rəngləri” adlı birinci yaradıcılıq sərgisi keçirilib. Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər rəsmiləri, ziyalılar, yaradıcı şəxslər, rəssamlar, gənclər iştirak ediblər.

Tədbirin keçirilməsində əsas məqsəd Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideyalarının gənclər arasında geniş təbliğ edilməsi, gənclərə yaradıcılıq qabiliyyətlərinin nümayiş etdirilməsi üçün şəraitin yaradılması, onların istedadlarının üzə çıxarılması və həvəsləndirilməsi, həmçinin gənclərin asudə vaxtlarının səmərəli və mənalı təşkil edilməsi olub.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ictimaiyyət nümayəndələri ilə birgə sərgiyə baxıb. Sonra gənc rəssamlar və ictimaiyyət nümayəndələri ilə konfrans zalında görüş keçirilib. Elmar Vəliyev bildirib ki, bu tədbir gənc rəssamların arzusu ilə həyata keçirilib.Onlar öz fantaziya və duyğularını tablolara köçürərək ictimaiyyətə təqdim ediblər. Belə tədbirlərin davamlı keçirilməsi gənclərin yaradıcılıq potensialının inkişafına, perspektiv imkanlarının genişlənməsinə mühüm təsir göstərəcək.

Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva, gənc alim, “Xəzər” Təhsil Mərkəzinin rəhbəri Raqif Hüseynov, gənc rəssamlardan Ləman Verdiyeva, Teymur Ənvərbəyli, Şəhla Cəfərova, Elçin Cəfərov və başqaları çıxış edərək, bu tədbirin Gəncənin mədəni həyatında mühüm rol oynadığını, gənclərə göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu vurğulayıblar.

Qeyd edək ki, sərgidə 26 gənc rəssamın 120-dən çox əsəri nümayiş etdirilib.

Qalereya




Teqlər:





Xəbər lenti