“Biz Rusiyaya 10 bal vermişik”

“Biz Rusiyaya 10 bal vermişik”
  23 May 2013    Oxunub:1304
Bunu hardasa başqa qüvvələr edirdisə, Rusiyanın özündə də bundan istifadə etmək istəyən qüvvələr var.
“Azərbaycan “Eurovision” mahnı müsabiqəsində Rusiya təmsilçisinə 1670-dən çox səs verib”. AzVision.az xəbər verir ki, bunu politoloq Tofiq Abbasov deyib. Politoloq bildirib ki, səslərin paylaşdırılması üçün əsas server Almaniyada yerləşir və səslərin itməsi bu ölkədə baş verib.

“Hesablamalara görə, biz Rusiyaya 10 bal verməli idik. Paylaşdırıcı server varki, o Almaniyada yerləşir, nə olubsa, orada olub. Bu barədə araşdırmalarda aparılıb ki, Azərbaycandan Rusiya təmsilçisinə xal gedib, sadəcə yolda itib. Burda söhbət ondan gedir ki, bəzi qüvvələr onsuzda mürəkkəb olan vəziyyəti bir qədərdə qəlizləşdirmək istəyirlər. Ümumiyyətlə bu yarışma başdan ayağa siyasət idi. Rusiyada özünə hesabat verməyən başlar var. Bunu hardasa başqa qüvvələr edirdisə, Rusiyanın özündə də bundan istifadə etmək istəyən qüvvələr var. Bizdə buna rəvac verə bilmərik. Onsuzda bizim münasibətlərdə gərginliklər, təzadlı baxışlar və mübahisəli məqamlar var. Amma biz heç vaxt yol vermərik ki, bəzi qüvvələr bundan istifadə etsin”deyə politoloq vurğulayıb.

Anar




Teqlər:  





Xəbər lenti