Qənirə Paşayeva türkiyəli jurnalistlərə səsləndi

Qənirə Paşayeva türkiyəli jurnalistlərə səsləndi
  06 Aprel 2015    Oxunub:1417
Millət vəkili Qənirə Paşayeva Azərbaycan Mətbuat Şurasının dəvətilə ölkəmizdə səfərdə olan Türkiyənin tanınmış kütləvi informasiya vasitələrinin təmsilçilərilə görüşüb.

Qardaş ölkənin Türkiyə Qəzetçilər Federasiyasının rəhbəri Yılmaz Karaca başçılıq etdiyi və «Sabah», «Posta», «Hürriyyət» qəzetlərinin, Fox, NTV, ATV, «Kanal A», «CNN türk» və digər telekanallarının, həmçinin Anadolu Agentliyinin məsul şəxslərindən ibarət nümayəndə heyəti üzvlərilə görüşdə Türkiyənin media nümayəndələrini Azərbaycanda görməkdən məmnun olduğunu deyən millət vəkili ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olmasını yüksək dəyərləndirib.

Millət vəkili onlara Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, Ermənistanın 20 ildən artıqdır ki 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə də danışıb. Q.Paşayeva ortaq problemlərimizin daha geniş şəkildə işıqlandırılması və dünya ictimaiyyətinin diqqətinə daha geniş şəkildə çatdırılması üçün Azərbaycanın və Türkiyənin media nümayəndələri arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Millət vəkili eyni zamanda media nümayəndələrinə Azərbaycan-Türkiyə əlaqələrinin bugünü və perspektivləri barədə də danışıb.

Qənirə Paşayeva onlara həmmüəllifi olduğu "Hocalı Soykırımı: Tanıkların dilinden" kitabını və qardaş Türkiyədə çıxan kitablarını da hədiyyə edib.


Teqlər:



Xəbər lenti