Sabah bu rayon susuz qalacaq

Sabah bu rayon susuz qalacaq
  06 Aprel 2015    Oxunub:1529
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti abunəçilərə müraciət edib.
Qurumdan AzVision.az-a verilən məlumata görə, “Ağ şəhər” yaşayış massivinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində Bakı şəhəri Xətai rayonu Xəqani Rüstəmov küçəsindən keçən magistral su xətti üzərində yenidənqurma işlərinin aparılması ilə əlaqədar 7 aprel 2015-ci il tarixdə saat 09:00-dan etibarən gün ərzində Xocalı prospekti, Xəqani Rüstəmov, Mehdi Mehdizadə, Nəcəfqulu Rəfiyev küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.


Teqlər:



Xəbər lenti