Şura qalibləri məlumatlandırıb
Toplantıda çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov layihələrin icrasında effektiv nəticənin əldə olunması, büdcənin idarə edilməsi, yeni hesabatlılıq qaydaları və layihələrin qiymətləndirilməsi metadalogiyası ilə bağlı fikirlərini bildirib.
Şura Katibliyinin əməkdaşları Elnur Bağırlı və Mirzağa Zahidov layihələrin idarə olunması, hesabatlılıq, nəzarət və monitorinq məsələləri ilə bağlı təlimatları QHT rəhbərlərinin diqqətinə çatdırıblar. Sessiyada QHT rəhbərləri layihələrin icrasının müxtəlif istiqamətləri, o cümlədən təlimlərin təşkili, hesabatların hazırlanması ilə bağlı suallarını səsləndirib. Toplantının sonunda QHT təmsilçilərini maraqlandıran suallar cavablandırılıb.
Teqlər: