Türkiyə Hava Yollarının sədri istefa verdi

Türkiyə Hava Yollarının sədri istefa verdi
  06 Aprel 2015    Oxunub:1607
Türkiyə Hava Yollarının idarə heyətinin sədri Hamdi Topçu istefa verib.
AzVision.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, onun yerinə İlkər Aycının təyin ediləcəyi bildirilir. Aycı hazırda İnvestitiya Agentliyinin sədri vəzifəsində çalışır.

Hamdi Topçu 12 ildir ki, THY-ın idarə heyətinin sədri vəzifəsində çalışır. Bundan başqa Topcu Türkiyə Futbol Federasiyasnın Yoxlama Qurumunun sədri vəzifəsində də çalışıb.

AzVision.az


Teqlər:



Xəbər lenti