İki baş həkim cəzalandırılıb

İki baş həkim cəzalandırılıb
  06 Aprel 2015    Oxunub:2405
Azərbaycanda iki baş həkim cəzalandırılıb.
AzVision.az report-a istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının 2014-cü il üzrə hesabatında bildirilib.

Belə ki, Səhiyyə Nazirliyi tərəfindən auditin nəticələri üzrə həyata keçirilən intizam-tənbeh tədbirləri nəticəsində nöqsanlara yol verən 3 saylı Şəhər Klinik Xəstəxanasının baş həkimi tutduğu vəzifədən azad edilib, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə rəisinə və avtobazanın direktoruna töhmət verilib, 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkiminə və Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoruna xəbərdarlıq edilib.

Qeyd edək ki, hesabat Milli Məclisin aprelin 14-də keçiriləcək plenar iclasında müzakirə olunacaq. Hesabatı Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun təqdim etməsi nəzərdə tutulub.


Teqlər:  



Xəbər lenti