İlham Əliyev koreyalıları qəbul edib

İlham Əliyev koreyalıları qəbul edib
  23 May 2013    Oxunub:1415
İham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Prezident İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədr müavini Park Byonq-Soqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Koreya Respublikası Milli Assambleyasının sədr müavini Park Byonq-Soq Beynəlxalq Valyuta Fondunun Azərbaycanı ən sürətlə inkişaf etmiş iqtisadiyyata malik olan ölkələrin sırasına daxil etməsinin önəmini vurğuladı.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən il ölkəmizdə mühüm beynəlxalq tədbirlərin uğurla keçirilməsinin böyük əhəmiyyət daşıdığını deyən qonaq 2012-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrlik etməsini mühüm hadisə kimi dəyərləndirdi.

Prezident İlham Əliyev Azərbaycan ilə Koreya Respublikası arasında ikitərəfli əlaqələrin sürətlə inkişaf etdiyini bildirdi.

Ölkələrimiz arasında iqtisadi sahədə uğurların əldə olunduğunu, ticarət dövriyyəsinin artdığını qeyd edən dövlətimizin başçısı Koreya şirkətlərinin Azərbaycandakı uğurlu fəaliyyətlərinin genişlənməsinin önəmini vurğuladı.

Prezident İlham Əliyev mədəniyyət sahəsində də əməkdaşlığımızın yaxşı səviyyədə olduğunu söylədi.

Parlamentlərarası əlaqələrə toxunan dövlətimizin başçısı Koreya Respublikası Milli Assambleyasının sədr müavini Park Byonq-Soqun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin bu sahədə əməkdaşlığımızın daha da genişləndirilməsi işinə xidmət edəcəyini vurğuladı.

Görüşdə Koreya şirkətlərinin ölkəmizdə həyata keçirilən müxtəlif infrastruktur layihələrində yaxından iştirakının əhəmiyyəti vurğulandı, neft-kimya, yüksək texnologiyalar və digər sahələrdə də əməkdaşlıq üçün yaxşı imkanların olduğu bildirildi.


Teqlər:





Xəbər lenti