İlham Əliyev baş katiblə nahar etdi - FOTOLAR

İlham Əliyev baş katiblə nahar etdi - FOTOLAR
  07 Aprel 2015    Oxunub:2308
Aprelin 6-da Ciddədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Mədəni ilə görüşü olub.

İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni Prezident İlham Əliyevi salamladı.

Sonra baş katib İyad bin Amin Mədəni və Prezident İlham Əliyev birgə nahar etdilər.

Naharda İƏT-in baş katibi İyad bin Amin Mədəni və Prezident İlham Əliyev çıxış etdilər.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin və İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəninin görüşü oldu.

Görüşdə Azərbaycan ilə İƏT arasında yüksək səviyyəli əməkdaşlığın həyata keçirildiyi bildirildi. Bu görüşün əlaqələrimizin daha da genişlənməsi baxımından əhəmiyyəti qeyd edildi. İslam Əməkdaşlıq Təşkilatının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli məsələsində tutduğu ədalətli mövqe yüksək qiymətləndirildi.

Söhbət zamanı ikitərəfli əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti