AzTV-də ciddi ixtisarlar

AzTV-də ciddi ixtisarlar
  07 Aprel 2015    Oxunub:2102
Azərbaycan Dövlət Teleradio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində işçilərin ciddi ixtisarı başlanıb.
AzVision.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə qurumun keçmiş əməkdaşı Kamal Almuradlı sosial şəbəkədəki profilində yazıb. O qeyd edib ki, telekanalda ixtisarlar yeni təyin olunmuş baş proqram direktoru Elsevər Dünyamalıyevin göstərişinə əsasən aparılır: “Elsevər Dünyamalıyev göstəriş verib ki, hər redaksiyanın işçilərinin əlli faizi ixtisar olunsun, həmçinin yerdə qalan işçilərin maaşlarından 50-80 manat arası pul tutulsun. Ortaya sual çıxır, bəs yaxşı, bu işçilər lazım deyildisə, nəyə görə işə götürülüb. Əgər lazımdırsa, niyə işdən çıxarılır?”.


Teqlər:  



Xəbər lenti