Bufetlərin bağlanması xəbəri yalan çıxdı - AÇIQLAMA

Bufetlərin bağlanması xəbəri yalan çıxdı - AÇIQLAMA
  07 Aprel 2015    Oxunub:2022
“54, 80 saylı məktəblərdə bufetlərin bağlanması və 223, 288, 321, 162, 189-190 və 169 saylı orta məktəblərə cərimə tətbiq olunması barədə məlumatlar həqiqətə uyğun deyil”.
Bunu AzVision.az-ın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Arzu Tairquliyeva deyib.

Onun sözlərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və aidiyyatı dövlət qurumları məktəb bufetlərini daimi nəzarətdə saxlayır və bu məqsədlə vaxtaşırı yoxlamalar aparılır və iki il ərzində bu sahədə əsaslı irəliləyişə və dəyişikliyə nail olunub.

A.Tairquliyeva Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin bəzi məktəblərdə yoxlamalar aparması və nöqsanlar aşkar edilən bufetlərin bağlanması ilə bağlı xəbərlərə münasibət bildirib.

Onun sözlərinə görə, qeyd olunan mənfi hallar yanvar ayında qeydə alınıb və fevral ayında problemlər aradan qaldırılaraq bufetlər fəaliyyətə başlayıb. Lakin buna baxmayaraq, qüsurlu fəaliyyətə görə həmin məktəbin operatoru ilə müqavilə ləğv olunub və bu bufetlərdə xidmət digər operatorlara həvalə olunub.

Bununla yanaşı qeyd etmək lazımdır ki, 54 və 80 nömrəli məktəblərdə bufetlərin bağlanması və 223, 288, 321,162, 189-190 və 169 nömrəli məktəblərə cərimə tətbiq olunması barədə məlumat həqiqətə uyğun deyil.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  



Xəbər lenti