AzTV-dən ixtisarlarla bağlı açıqlama
“AzTV-də heç bir ixtisar aparılmayıb. Deyilənlər həqiqəti əks etdirmir. Burada maaşlar vaxtlı-vaxtında verilir, gecikmədən söhbət gedə bilməz. Heç bir aparıcını işdən kənarlaşdırmamışıq. Sadəcə olaraq televiziya sisteminin öz qanunauyğunluğu var. Zəif və ya müddəti keçmiş verilişlər bağlanır. Onların əvəzinə yeniləri açılır. Bizdə elə veriliş var ki, onun yüzdən çox buraxılışı efirə gedib. Bir sıra verlişlərin əvəzinə artıq AzTV-də 3 yeni veriliş açılıb”-deyə X. Qasım bildirib.
Qeyd edək ki, AzTV-nin keçmiş əməkdaşı Kamal Almuradlı sosial şəbəkədəki profilində yazaraq bildirib ki, telekanalda ixtisarlar aparılıb. Bu yeni təyin olunmuş baş proqram direktoru Elsevər Dünyamalıyevin göstərişinə əsasən aparılır: “Elsevər Dünyamalıyevin göstərişi ilə hər redaksiyanın işçilərinin əlli faizi ixtisar olunub, həmçinin yerdə qalan işçilərin maaşlarından 50-80 manat arası pul tutulub”.
Şahanə Rəhimli







Vaxtında, Aydın, Lazımlı!


