Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Bakı şəhər sakini Elmira Sultanova yerləşdirildiyi xəstəxanada ölüb.
AzVision.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, aprelin 5-də saat 19 radələrində Nəsimi rayonunun Cavadxan küçəsində Abşeron rayon sakini Ədalət Nəbiyev idarə etdiyi “Daewoo” markalı 135 saylı xətt avtobusu ilə yolu keçən Bakı şəhər sakini Elmira Sultanovanı vurub. Xəstəxanaya yerləşdirilmiş E.Sultanova aprelin 6-da orada ölüb.