Nazirlik büdcəyə 13 milyon ödəyib
Hesabat dövründə Departamentdə cinayət işləri və materiallar üzrə aparılan araşdırmalar zamanı 13 milyon 72,1 min manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,9 dəfə çoxdur.
Departamentin İstintaq idarəsində 161 cinayət işi üzrə ibtidai istintaq tamamlanmış, 23 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. 112 cinayət işi üzrə müəssisə rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri (o cümlədən, 16 iş üzrə külli miqdarda) ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə cinayət işlərinə xitam verilib.
İstintaqı tamamlanmış cinayət işləri üzrə 39 nəfər barəsində 30 iş ittiham aktı ilə aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib.
Cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilmiş 9 nəfər şəxs tutularaq Departamentin İstintaq idarəsinə təhvil verilmiş, ibtidai istintaqdan yayınan 55 şəxsin məcburi qaydada gətirilməsi, 77 şəxsin tapılaraq istintaqa gəlmələri, 71 şəxsin isə yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin edilib. Vergi orqanlarının üzərinə düşən vəzifələrin icrasına köməklik göstərilməsi ilə bağlı müraciətlərə baxılması nəticəsində vergi yoxlamalarından, əmlakının siyahıya alınmasından yayınan və fəaliyyəti barədə bəyannamə təqdim etməyən 49 nəfər vergi ödəyicisi tapılıb müvafiq vergi orqanlarına təqdim edilib.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


