Vaqif Mustafazadənin yubileyi keçiriləcək

Vaqif Mustafazadənin yubileyi keçiriləcək
  07 Aprel 2015    Oxunub:1317
Vaqif Mustafazadənin yubiley gecəsi keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən AzVision.az-a verilən məlumata görə, 2015-ci il aprelin 10-da, saat 19:00-da Heydər Əliyev Sarayında görkəmli Azərbaycan pianoçusu və bəstəkarı, caz ustası Vaqif Əziz oğlu Mustafazadənin anadan olmasının 75 illiyinə həsr edilmiş yubiley gecəsi keçiriləcək.

V.Mustafazadənin yaradıcılığı XX əsr milli musiqi mədəniyyətimiz tarixinin yeni parlaq səhifələrindən birini təşkil edir. Sənətkar dərin köklərə malik qədim Azərbaycan muğamı və caz musiqisinin uğurlu sintezi ilə dəyərli əsərlər ərsəyə gətirib. Onun yaratdığı kompozisiyalar dünya musiqi inciləri xəzinəsinə caz-muğamın təkraredilməz nümunələri kimi daxil olub.


Teqlər:



Xəbər lenti