İlham Əliyev Peyğəmbər məscidində - FOTOLAR

İlham Əliyev Peyğəmbər məscidində - FOTOLAR
  08 Aprel 2015    Oxunub:3459
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri çərçivəsində aprelin 7-də Mədinə şəhərində olub.

Dövlətimizin başçısı İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri burada Peyğəmbər məscidini ziyarət ediblər.

Peyğəmbər məscidində din xadimləri dövlətimizin başçısını böyük hörmət və ehtiramla qarşıladılar.

Sonra Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Peyğəmbər məscidində namaz qıldılar.

Məscidlə tanışlıq zamanı buraya toplaşan insanlar da Azərbaycan Prezidentinə öz hörmət və ehtiramlarını bildirdilər, onlar dövlətimizin başçısına səmimi salamlarını çatdırdılar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri aprelin 7-də başa çatıb.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti