Ruslar Obamanın məxfi məlumatlarını oğurladı
Hakerlər ABŞ prezidenti Barak Obamanın keçirəcəyi görüşlər barədə qrafiki oğurlayıblar. Obamanın görüşlərlə bağlı qrafikini oğurlamaq üçün hakerlər ilk növbədə Dövlət Departamentinin sisteminə daxil olublar.
Ekspertlər iddia edir ki, rusiyalı hakerlər bir neçə ay ərzində Dövlət Departamentini nəzarət altında saxlayıb.
ABŞ prezidenti Barak Obamanın milli təhlükəsizlik məsələsi üzrə müşavirinin müavini Ben Rods bəyan edib ki, hakerlər Ağ Evin gizli kompüter şəbəkəsinə daxil ola bilməyiblər:
“Ağ Evdə bir neçə növ kompüter sistemləri var, gizli olmayan, gizli və çox gizli. Biz hesab edirik ki, bizim gizli sistemlərimiz sındırılmayıb”.
Eldar Tanrıverdiyev
AzVision.az