Mayda neçə gün iş olmayacaq?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzVision.az-a bildirilib ki, 9 may Faşizm üzərində Qələbə günü və 28 may - Respublika Günü qeyri-iş günləridir.
Lakin 9 may şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən növbəti həftənin ilk iş günü istirahət günü hesab olunur. Ümumilikdə may ayında 3 gün qeyri-iş günü olacaq.
Sevinc İltifatqızı
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


