`Sovetski` sakinlərini aldadan dələduzlara cəza
Qeyd edək ki, "Sovetski"dən köçürülən sakinlər üçün yeni binların tikilməsilə bağlı yayılan məlumatlarda dələduzların fırıldağı ortaya çıxıb. "Sovetski" sakinləri üçün Gəncə prospektində 810 mənzilli 16 mərtəbəli doqquz binanını tikəcəyin bildirən “DES Kosaltinq” şirkəti həmin mənzilləri hər kvmetri 375 manatdan sakinlər üçün satacaqlarını bildiriblər. Amma Yasamal rayon İcra Hakimiyyətininin məlumatı araşdırması həmin şirkətin dələduzluqla məşğul olduğunu ortaya çıxarıb. Yasamal, Səbail rayonu və eləcə də Bakı şəhər prokurorluğunun əməkdaşları “DES Konsalt”inqin ofisində araşdırmalar aparıb. Şirkətin direktoru Nazim Səmədov öz əməlinə haqq qazandımağa çalışıb. Şirkət nümayəndəsi vətəndaşlarla müqavilələr bağladığını etiraf etsə də, onlardan hər hansı məbləğdə pul almadıqlarını iddia edib. Faktla bağlı Cinayət Məcələsinin 29.178( dələduzluğa cəhd) maddəsi ilə cinayət işi başlanıb.







Vaxtında, Aydın, Lazımlı!


