Rusiyada azərbaycanlılar polis maşınını qaçırdılar

Rusiyada azərbaycanlılar polis maşınını qaçırdılar
  08 Aprel 2015    Oxunub:2252
Bu gün Rusiyada polislər Peterburqda İstintaq Komitəsinin xidməti maşınını qaçırmaqda şübhəli bilinən üç nəfəri saxlayıblar.
AzVision.az oxu.az-a istinadən xəbər verir ki, polislər cinayətkarları bir həftəyə yaxın izləyiblər, belə ki, polislər onların onlarla maşını qaçırtmalarına dair məlumata sahib idilər.

Bu gün səhər saat 5-də cinayətkarlar "VAZ-2101" markalı avtomobildə Savuşkin küçəsində yerləşən 113 saylı evə gəliblər. Onlar orada Peterburq İstintaq Komitəsinin "desyatka"sını açıblar, sonra isə şəhərin digər hissəsinə yola düşüblər. Səhər saat 6 radələrində Utkin salında cinayətkarları cinayət axtarış şöbəsinin xarici müşahidə maşınları haqlayaraq, Nevski rayonu DİN İdarəsinə, 24-cü polis bölməsinə gətiriblər.

İndi saxlanılanların hər üçü polisdə izahat yazırlar. Nəşrin məlumatına əsasən onlardan biri Azərbaycan vətəndaşıdır, qalan iki nəfəri rusiyalıdırlar, amma onlar da Azərbaycanda doğulublar.

Cinayət işi açılıb.


Teqlər:





Xəbər lenti