Nə sulu qəlyan, nə də siqaret... - Deputatdan Açıqlama
Bir neçə müddət əvvəl sulu qəlyanların da ləğv olunmasını gündəmə gətirən millət vəkili bu məsələnin də həmin qanun layihəsinə daxil olduğunu bildirib.
“Hazırda bu qanun layihəsinin üzərində hər-hansı iş aparılmır. Sulu qəlyanların yığışdırılması məsələsi də həmin qanun layihəsinin içində idi. Hələ ki, bu qanun layihəsi gündəlikdə deyil”-deyə M.Quliyev vurğulayıb.
Qeyd edək ki, Parlamentin Sosial siyasət komissiyası tərəfindən "İctimai yerlərdə siqaret çəkilməsinin qadağan edilməsi haqqında” qanun hazırlanıb. Bir çox ölkələrdə bu qanun artıq qəbul edilib və onun müddəaları normal şəkildə icra edilirlər. Lakin Azərbaycanda qeyd oluna qanun layihəsi hələ də Milli Məclisin müzaikrəsinə çıxarılmır.
Anar Kəlbiyev







Vaxtında, Aydın, Lazımlı!


