"Maaşlar mütləq qaldırılacaq"

"Maaşlar mütləq qaldırılacaq"
  23 May 2013    Oxunub:1302
"Bizə verilən sualları hökumət nümayəndələrinə ünvanlandırdıq"
AzVision.az xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvi, millət vəkili Əli Məsimli deyib. Deputat bildirib ki, bu gün üzvi olduğu komitənin iclası olub və vətəndaşların ona ünvanladığı sualları hökumət nümayəndələrinə ünvanlayıblar.

"Mənə demək olar ki, hər gün aktual sosial problemlər, o cümlədən maaşların nə vaxt artacağı barədə sual verilir.Mən də 2013-cü ilin büdcəsində maaşları qaldırmaqdan ötrü vəsait ayrıldığını, amma konkret olaraq nə vaxt artacağı barədə dəqiq məlumatımın olmadığını bildirirəm. Milli Məclisin İqtisadi Siyasət Komitəsinin bugünkü iclasında fürsətdən istifadə edib, sizin həmin sualınızı bu dəfə biz özümüz hökumət nümayəndələrinə ünvanlandırdıq.Bu günkü iclasda deputat həmkarım Vahid Əhmədovla birlikdə həm də 3 zəruri məsələ qaldırdıq:

1.Əmək haqqı və pensiyaların artırımlası məsələsinin yaxın vaxtlarda həll edilməsi
2.Rayon mərkəzləri ilə yanaşı, kəndlərin də içməli su probleminin həllinin sürətləndirilməsi
3.Kənd yollarının əsaslı surətdə yenidən qurulması və kəndlərə rahat yolların çəkilməsi.
Hökumət nümüyəndələri əmək haqqlarının nə vaxt qaldırılacağını konkret deməsələr də, yaxın vaxtlarda mütləq artırılacağını bildirdilər. Qaldırdığımız digər iki məsələnin, yəni kənd yollarının yenidən qurulması, kəndlərin icməli su ilə təchizatı məsələlərinin aktual olduğunu və həlli istiqamətində mütləq addımlar atılacağını bildirdilər.Kəndlərin qazlaşdırılması məsələsini isə bu ayın əvvəlində qaldırmışdıq.

Öz təklifləri ilə bizim fəaliyyətimizə kömək edənlərə təşəkkürümüzü bildiririk. Sizin mənə ünvanlandırdığınız digər məsələri də növbəti dəfə qaldırarıq".

AzVision.az


Teqlər:  





Xəbər lenti