Bu liseylərə şagird qəbulu başladı - SİYAHI

Bu liseylərə şagird qəbulu başladı - SİYAHI
  08 Aprel 2015    Oxunub:6947
Təhsil Nazirliyi tərəfindən Fizika-riyaziyyat və informatika təmayüllü respublika liseyi, Kimya-biologiya təmayüllü respublika liseyi və A.S.Makarenko adına humanitar fənlər təmayüllü respublika gimnaziyasına 2015-2016-cı tədris ili üçün VII, VIII və IX siniflər üzrə şagird qəbulu elan edilib.
Təhsil NAzirliyindən AzVision.az-a verilən məlumata görə, gimnaziya və liseylərdə xüsusi istedadlı şagirdlərin təhsili üçün fərqli proqramlar tətbiq olunur, onlar keyfiyyətli təhsillə təmin edilirlər. Ənənələri ilə seçilən, təcrübəli pedaqoji kollektivə malik gimnaziya və liseylər şagirdlərin yüksək hazırlıq səviyyəsini təmin etmək üçün zəruri maddi-texniki baza ilə təchiz edilib. İnteraktiv tədris yüksək texnologiyaların tətbiqi ilə həyata keçirilir. Təhsil müəssisələrində məktəblilərin yerli və beynəlxalq olimpiadalara hazırlanması üçün müvafiq mərkəzlər də fəaliyyət göstərir.

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Fizika-riyaziyyat və informatika təmayüllü respublika liseyi, Kimya-biologiya təmayüllü respublika liseyi və A.S. Makarenko adına humanitar fənlər təmayüllü respublika gimnaziyasına 2015-2016-cı tədris ili üçün VII, VIII və IX siniflər üzrə şagird qəbulu elan edilir


Teqlər:



Xəbər lenti