Xaricdən Azərbaycana axın var - RƏSMİ

Xaricdən Azərbaycana axın var - RƏSMİ
  08 Aprel 2015    Oxunub:1838
Azərbaycana xaricdən işləmək məqsədi ilə gələnlərin sayı sürətlə artır.
AzVision.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev deyib. Onun sözlərinə görə, ölkədə işləyən əcnəbilər müraciət etdikdə onlara iş icazəsi ilə yanaşı vətəndaşlıq da verilir: “Vətəndaşlıq almaq üçün müraciət edən xarici vətəndaşlarla bağlı problem yoxdur. Bu yaxınlarda ikili vətəndaşlıq haqqında qanun qəbul edilib və bunun özü də belə müraciətlərin artmasına səbəb olub”.

Firudin Nəbiyev qeyd edib ki, vətəndaşlıq üçün müraciət edənlər daha çox MDB ölkələrindən Azərbaycana gələnlərdir. Bunların bir qismi vaxtilə ölkəni tərk etniş insanlar, eləcə də Gürcüstan azərbaycanlılarıdır: “Hazırda ölkədə qeyri-qanuni yaşayan çoxlu Gürcüstan azərbaycanlısı var. Onlarla bağlı məlumatlandırma və maarifləndirmə işi aparılır. Vətəndaşlıq üçün müraciətlər olduqla onlara baxılır”.


Teqlər:





Xəbər lenti