Leyla Əliyevanın dəvəti ilə Martin Rot Bakıdadır

Leyla Əliyevanın dəvəti ilə Martin Rot Bakıdadır
  08 Aprel 2015    Oxunub:2433
Londonda Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin "Qırmızı kitab"ının 50 illik yubileyinə həsr edilmiş "Bu gün burada" adlı sərgi çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Böyük Britaniyanın Viktoriya və Albert Muzeyinin direktoru professor Martin Rotu ölkəmizə dəvət edib.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Martin Rot və onu müşaiət edən köməkçisi Yekaterina Taşeva 8-10 aprel tarixində Azərbaycanda səfərdə olacaqlar.

Səfərin əsas məqsədi dünyanın ən nüfuzlu muzeylərindən biri olan Viktoriya və Albert Muzeyi ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi və Azərbaycan muzey işçilərinin müasir beynəlxalq muzey təcrübəsindən bəhrələnməsidir.

Qeyd edək ki, professor Martin Rot 9 aprel tarixində Azərbaycan Xalça Muzeyi və Milli İncəsənət Muzeyinə baş çəkəcək


Teqlər:



Xəbər lenti