Bəxtiyar Hacıyev müxalifəti təhqir etdi

Bəxtiyar Hacıyev müxalifəti təhqir etdi
  24 May 2013    Oxunub:1592
“Ya axmaqdırlar, ya da murdardırlar”
Gənc fəal Bəxtiyar Hacıyev və müxalifətçilər arasında yaranan gərginlik getdikcə artır. AzVision.az xəbər verir ki, B.Hacıyev öz Facebook səhifəsində müxalifət liderlərinin ünvanına kəskin sözlər deyib.

“Sərt olsa da, yazacam. Bakıdan dedilər ki, kimlərsə ictimai-siyasi sektorda deyirmiş ki, hakimiyyət mənə ofis verib. Bunu deyən adamlar (yaşından, sosial statusundan asılı olmayaraq) ya axmaqdırlar, ya da murdardırlar.

Axmaq ona görə ola bilərlər ki, kimsə onlara yem olaraq bunu deyib və onlar inanıb yayırlar. Murdar ona görə ola bilərlər ki, bilərəkdən bunu buraxıb özləri yayırlar. Hər iki halda, kiminsə sözü varsa, özümə desin, arxamca danışmasın.

Hansısa fikirlərim xoşlarına gəlməyə bilər. Amma mən öz düşündüyümü, inandığımı deməyə çalışıram, nəinki kiminsə xoşuna gələn fikirləri səsləndirməyə. Fikirlərim xoşlarıma gəlmirsə, fikirlərimi müzakirə etsinlər.

Böyük kişilərdir, ölkə idarə etmək istəyirlər, amma elədikləri hərəkətə baxanda fikirləşirsən ki, özlərini belə idarə edə bilmirlər. Bakıya qayıdanda tək-tək görüşüb, açıq söhbət edəcəm. Görək arxamca danışdıqlarını üzümə də deyə biləcəklərmi?”

AzVision.az


Teqlər:  





Xəbər lenti