100 nəfərin Azərbaycandan çıxmasına qadağa

100 nəfərin Azərbaycandan çıxmasına qadağa
  08 Aprel 2015    Oxunub:3137
Vergilər Nazirliyi 32 nəfər Bakı sakininin Azərbaycandan getmək hüququnu müvəqqəti məhdudlaşdırıb.
Bu barədə AzVision.az-a nazirlikdən məlumat verilib.

Vergi borcunu ödəmədiyinə görə, ölkədən getmək hüququ məhdudlaşdırılanlar arasında rayon sakinləri də mövcuddur.

Belə ki, 22 nəfər Bərdə sakini, 8 nəfər Yevlax, 4 nəfər Salyan, 5 nəfər Şəki sakininin də ölkədən çıxışı məhdudlaşdırılıb.

Qeyd edək ki, nazirliyin bu tədbirləri “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə və Vergi Məcəlləsinin 23.1.16-cı maddəsinə əsasən vergi ödəyicisi vergi borcunu ödəmədikdə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında bəndinə müvafiq olaraq yerinə yetirilir.

“Cari ilin 01.04.2015-ci il tarixinə aşağıdakı borclu vergi ödəyicilərinin ölkədən getmə hüququ müvafiq məhkəmə qərarlarına əsasən müvəqqəti olaraq məhdudlaşdırılıb.

Bu isə o deməkdir ki, vergi borcunu tam ödəməyənə kimi bu şəxslərin ölkədən kənara çıxmasına icazə verilməyəcək” - deyə, nazirliyin məlumatında deyilir.

Vergi borcunu ödəməyən şəxslərin siyahısı ilə burdan tanış olmaq olar - https://azvision.az/redirect.php?url=http://www.taxes.gov.az/uploads/vergiborcu/air08042015.pdf

AzVision.az


Teqlər:  





Xəbər lenti