`Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirəm`
Ökəmizin DTİHB ilə əməkdaşlığından bəhs edən vitse-spiker xatırladıb ki, ötən dövr seçkilərin monitorinqi ilə bağlı ciddi polemika ilə də yadda qalıb. Bahar Muradova bildirdi ki, 2005-ci ildən etibarən ATƏT PA-da müxtəlif ölkələrdəki seçkilərin monitorinqi ilə əlaqədar ən gərgin müzakirələrin şahidi və iştirakçısı olub.
Söhbət zamanı qonağa bu il Azərbaycanda seçki ili olduğu, bu mühüm siyasi prosesə ciddi hazırlığın getdiyi bildirildi. Seçki zamanı DTİHB-in obyektiv monitorinq aparacağına inam ifadə olundu. Qeyd edildi ki, ölkəmiz seçki prosesində demokratik dəyərlərə söykənir. Azərbaycanın qanunvericiliyi və təcrübəsi göstərir ki, qarşıdakı seçkilər də yüksək səviyyədə keçiriləcək.
Görüşdə Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru Mixael Link qəbula görə təşəkkürünü bildirdi. Bu vəzifədə Azərbaycana ilk səfəri olduğunu xüsusi vurğuladı. Qeyd etdi ki, hər işə başlayanda öncə qanunlara və prinsiplərə riayət etmək vacibdir. Bundan əvvəlki səfərlərimdə olduğu kimi, bu dəfə də ilk növbədə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyimi bildirirəm. Bu yanaşmanı hazırkı mandatıma – direktoru olduğum DTİHB-ə də tətbiq etməyə çalışıram.
Sonra görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


