AZAL ilk uçuşu Rusiyaya etdi

AZAL ilk uçuşu Rusiyaya etdi
  09 Aprel 2015    Oxunub:1969
"Azərbaycan Hava Yolları" QSC (AZAL) yeni "Boeing 787 Dreamliner" təyyarəsinin Rusiyaya ilk uçuşunu həyata keçirib.
AzVision.az xəbər verir ki, bu barədə Trend Rusiya Aviasiya Sığortaçıları Birliyinə istinadən məlumat verir.

Məlumata görə, MDB-də ilk "Boeing 787 Dreamliner" təyyarəsi Bakı-Moskva marşrutu üzrə ilk uçuşunu həyata keçirib və "Domodedovo" aeroportuna enib: "AZAL "Domodedovo" aeroportundan Bakı-Moskva-Bakı marşrutu üzrə 2015-ci il mayın 1-dən 4 gündəlik reys və 2 reys açacaq. Reyslər cümə axşamından bazar günlərinədək həyata keçiriləcək".

Qeyd edək ki, AZAL 2003-cü ildən "Domodedovo" aeroportunun tərəfdaşıdır. Bu müddət ərzində aviaşirkət təqribən 2,3 milyon sərnişin daşıyıb. Aeroportun xidmətlərindən hər gün AZAL-ın orta hesabla 527 müştərisi istifadə edir.


Teqlər:



Xəbər lenti