Misirdən Bakıya Qarabağ dəstəyi

Misirdən Bakıya Qarabağ dəstəyi
  09 Aprel 2015    Oxunub:1730
Misirin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi aydındır və bu mövqeyə sadiq qalır. Rəsmi Qahirə BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələri dəstəkləyir və problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini istəyir.
Bu fikirləri Misirin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Heysəm Cəlal aprelin 8-də keçirdiyi mətbuat konfransında söyləyib.

Diplomat Misirin ATƏT-in Minsk qrupunun münaqişənin həlli ilə bağlı səylərini dəstəklədiyini diqqətə çatdırıb.

AzVision.az


Teqlər:



Xəbər lenti