Zavodda külli miqdarda silah-sursat tapıldı

Zavodda külli miqdarda silah-sursat tapıldı
  09 Aprel 2015    Oxunub:1654
Bakının Sabunçu rayonunda, Balaxanı qəsəbəsində yerləşən “Təmiz Şəhər” ASC-nin çeşidləmə zavodunda cari ilin fevral-aprel ayları arasında külli miqdarda silah-sursat aşkar edilib.
AzVision.az report-a istinadən xəbər verir ki, məişət tullantılarının emalı ilə məşğul olan zavodun işçiləri oradan bu müddət ərzində ümumilikdə 171 ədəd 5.45, 98 ədəd 7.62 çaplı patronlar, 2 minaaxtaran cihaz aşkar edərək götürüblər.

Həmçinin zavodun işçiləri son bir gün ərzində 1 ədəd tüfəng, 2 şəxsiyyət vəsiqəsi, 3 bank kartı, 1 sürücülük vəsiqəsi və 10-a yaxın müxtəlif plastik kartlar da aşkar ediblər. Tapılan silah-sursat və digər əşyalar müvafiq akt tərtib olunandan sonra hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti