Bakıda dəhşətli qətl: ər arvadını avtobusda öldürdü

Bakıda dəhşətli qətl: ər arvadını avtobusda öldürdü
  09 Aprel 2015    Oxunub:2200
Bakıda sərnişin avtobusunda ərin arvadını qətlə yetirməsinin bəzi detalları məlum olub.
APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Gədəbəy rayon sakini, 47 yaşlı Fatma Şəmiyevanın həyat yoldaşı ilə problemləri olub. Onların münaqişələrinə tez-tez polis əməkdaşları müdaxilə etməli olublar.

Aprelin 8-də gecə saatlarında Namiq Məmmədov, Fatma Şəmiyeva və azyaşlı övladları avtobusla Xırdalandan Bakıya gəlirlərmiş. Avtobusda ər və arvad arasında mübahisə yaranıb. Namiq Məmmədov cibindən çıxardığı bıçaqla qadının boğaz, ürək və bədənin müxtəlif nahiyələrinə zərbələr endirib.

İlkin ehtimala görə, qətl qısqanclıq zəminində baş verib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda cinayət işi başlanıb. Qətli törədərək hadisə yerindən qaçan Namiq Məmmədovun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, hadisə 135 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusunda baş verib.

AzVision.az


Teqlər:



Xəbər lenti