`Bakıda yığılan pullar ermənilərin cibinə gedəcək` - Tahir İmanov

`Bakıda yığılan pullar ermənilərin cibinə gedəcək` - Tahir İmanov
  09 Aprel 2015    Oxunub:5820
`Bu layihədə iştirak edən qızlara qarşı heç bir şey demək istəmirəm, onlar mənim həmkarlarımdır. Mənim və bizim “Parni iz Baku” teatrının kollektivinin qarşı olduğu “Comedy Woman” erməni layihəsidir, ona ermənilər rəhbərlik edir. Problem ondadır ki, bu konsertə sərf edilən bütün pullar, rəhbərliyin – ermənilərin cibinə axacaq`
AzVision.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Planeta Parni iz Baku” teatrının rəhbəri, Rusiyanın “Comedy Woman” truppasının Bakıda keçirilməsi planlaşdırılan konsertini şərh edən Tahir İmanov bildirib.



Tahir İmanovun sözlərinə görə, “Comedy Woman” erməni millətinə mənsub Artur Canibekyan, Qarik Maertirosyan və s. rəhbərlik etdiyi qrupa daxildir.

“Mən artıq bildirdim ki, onlar ermənidirlər və burada artıq məntiqlə düşünmək lazımdır. Sadə məntiq budur: burada pullar qazanılır, sonra Ermənistana göndərilir, bu pullara isə azərbaycanlı əsgərlərə atılacaq güllələr alınacaq. Xaricdə pul qazanan hər bir erməni istədi-istəmədi vətənə pul göndərir”.

Tahir İmanov sual edir:

-Bizim 20% torpağımız elə həmin ermənilər tərəfindən işğal edilib. Niyə hamı susur? Hamı haradadır?

`Mən başa düşə bilmirəm niyə insanlar bu konsertlərə bilet alırlar? Onlar nə vaxt ayılacaqlar? Bizdə əsl müharibə gedir`, - Tahir İmanov deyir.

Öz növbəmizdə qeyd edək ki, “Comedy Woman”ın rəhbəri olan Nataliya Yeprikyan “Comedy Club Production” qrupuna daxildir.

Rusiyanın “Comedy Club”u 2003-cü ildə yaradılıb, bura Artur Canibekyan, Artak Qasparyan, Artur Tumasyan, Artaşes Sarkisyan, Qarik Martirosyan və bir çox başqalarının oynadığı “Noviye Armyane” ŞHK komandası daxildir...

AzVision.az


Teqlər:  





Xəbər lenti