Zakir Həsənov hərbi hissələri yoxladı - FOTOLAR

Zakir Həsənov hərbi hissələri yoxladı - FOTOLAR
  09 Aprel 2015    Oxunub:2343
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən təlimlər keçirilən bölgədə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov səhra şəraitində yerləşdirilən hərbi hissələrin və texnikanın vəziyyəti ilə tanış olub və onların hazırlıq səviyyəsini yoxlayıb.
AzVision.az xəbər verir ki, Müdafiə Nazirliyinin rəhbərliyi poliqonda yaradılmış müxtəlif təlim nöqtələrinə baş çəkərək şəxsi heyətin, silah-sursatın və döyüş texnikalarının gecə təlimlərində iştirakı və ümumi hazırlıq üzrə görülən işlərin keyfiyyəti ilə maraqlanıblar.

Təlimlər davam edir.

AzVision.az

Qalereya




Teqlər:



Xəbər lenti