Sabah qar yağacaq - Xəbərdarlıq

Sabah qar yağacaq - Xəbərdarlıq
  09 Aprel 2015    Oxunub:2789
Sabah Bakıda güclü şimal-qərb küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, aprelin 10-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, səhər bəzi yerlərdə zəif duman olacaq. Axşama doğru yağış yağma ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-8, gündüz 10-14 dərəcə isti olacağı gözlənilir.

Aprelıin 10-11-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli yüksələcəyi, güclü xəzri küləyinin əsəsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsiz olacaq.

Aprelin 10-da Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə isti, gündüz 4-7 dərəcə isti olacağı gözlənilir.

AzVision.az


Teqlər:



Xəbər lenti