Bakıda məşhur həkimin evini soydular

Bakıda məşhur həkimin evini soydular
  09 Aprel 2015    Oxunub:1975
Məşhur həkim Mircəlal Kazıminin Xətai rayonundakı evindən oğurluq etmiş şəxslərdən biri tutulub, digəri isə müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xətai RPİ 37-ci PB, Lənkəran ŞRPŞ və Astara RPŞ əməkdaşları tərəfindən yanvarın 31-də Xətai rayonu ərazisində yaşayan həkimin mənzilindən 3000 manat və 7500 ABŞ dolları oğurlamış Astara rayon sakini Elvin Əliyev tutulub, Anar Əliyev isə müəyyən edilib.

Araşdırmalar zamanı evdən oğurlanmış qızıl əşyaların Lənkəran şəhər sakini Füzuli Zeynalova satılması müəyyən edilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə F.Zeynalov da tutulub.


Teqlər:  



Xəbər lenti