“Bakıda təhlükəsizlik tədbirləri görülür” – Nazir
Nazir qeyd edib ki, Avropa Oyunları reytinqinə görə hazırda dünyada üçüncü yerdədir.
“Dəfələrlə cənab prezident vurğulayıb ki, baxmayaraq ki, bu qitə oyunudur, biz onu Olimpiya Oyunları səviyyəsində keçirməliyik. Son iki ildə bu sahədə böyük işlər görülüb. Özünüz şahidsiniz ki, yeni yollar, yeni idman qurğuları tikilir, yeni hava limanı salınıb. Biz planlaşdırırıq ki, iş aparılan obyektləri aprel ayının sonu kimi təhvil verək”.
A.Rəhimov qeyd edib ki, bu istiqamətdə artıq bəzi obyektlər istifadəyə verilib:
“Həm təhlükəsizlik, həm də nəqliyyat baxımından işlər görülür və heç bir gecikmə yoxdur. Bu yarışlarda 18 min könüllü fəaliyyət göstərəcək. Onlara hazırda treninqlər keçirilir. İnanıram ki, bu, böyük idman bayramına çevriləcək. Bütün qurumların hamısı çalışır ki, bu oyunlar yüksək səviyyədə keçirilsin”.
Nazir vurğulayıb ki, Avropa Oyunlarında Azərbaycanın əsas məqsədlərindən biri də çoxlu medal qazanmaqdır.
Anar Kəlbiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


