Con Kerri: “Azərbaycana minnətdarıq”

Con Kerri: “Azərbaycana minnətdarıq”
  24 May 2013    Oxunub:1234
ABŞ dövlət katibi Azərbaycan xalqını 28 May Respublika Günü münasibətilə təbrik edib.
Ötən illər ərzində ABŞ və Azərbaycan arasında parlaq əmkdaşlıq qurulub. AzVision.az xəbər verir ki, bu barədə Con Kerrinin Amerika Dövlət Departamentinin saytında yerləşdirilmiş təbrik bəyanatında bildirilir .

“ Biz Azərbaycanın müstəqilliyini qoruyub saxlaması, demokratik institutların möhkəmlənməsi və iqtisadi islahatlar aparılması istiqamətində hər zaman kömək etməyə qərarlıyıq”-deyə təbrik mətnində bildirilir.

İki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığa gəlincə Con Kerri, Əfqanıstanda sülməramlı missiyanın tərkibində göstərdiyi xidmətlərə görə Azərbaycana təşəkkür edib.

“Təhlükəsizlik sahəsində Azərbaycanın Əfqanıstana yardım istiqamətində götürdüyü öhdəlikləri layiqincə yerinə yetirdiyi, sülh və təhlükəsilik uğrunda bizimlə çiyin-çiyinə mübarizə apardığı üçün xüsusilə minətdarıq”- deyə dövlət katibi vurğulayır.

Bundan başqa, Con Kerri qeyd edir ki, iki ölkə arasında enegetika sahəsində çoxillik əməkdaşlıq gələn ay Cənub dəhlizi ilə bağlı qərar açıqlandıqdan sonra növbəti mərhələyə keçəcək.

“Bu özəl günü qeyd etdiyiniz bugünkü gündə biz, daha dinc və firəvan bir dünya qurmaq uğrunda sizinlə birgə işləməyi səbrsizliklə gözləyirik”- deyə bəyanatda qeyd olunur.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti