TQDK monitorinq imtahanı keçirib

TQDK monitorinq imtahanı keçirib
  09 Aprel 2015    Oxunub:1922
TQDK Bakı və Sumqayıt şəhərlərində monitorinq imtahanları keçirib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 9 aprel tarixində Bakı və Sumqayıt şəhərlərinin orta ümumtəhsil məktəblərinin 6 və 7-ci siniflərində təhsil alan şagirdlər üçün monitorinq imtahanı keçirib.

İmtahan həm Azərbaycan, həm də rus bölmələri üzrə Ana dili fənnindən həyata keçirilib. 6-cı siniflər üçün imtahan saat 10:00-da, 7-ci siniflər üçün isə saat 13:00-da başlanıb və hər bir imtahan 1 saat 30 dəqiqə ərzində aparılıb.

İmtahan prosesinin idarə olunması üçün TQDK-da operativ qərargah fəaliyyət göstərib, mütamadi olaraq imtahan keçirilən mərkəzlərlə əlaqə saxlanılıb. İmtahan bütün mərkəzlərdə təlimata uyğun həyata keçirilib.


Teqlər:  



Xəbər lenti